Bakı. Trend:
BMT-nin Baş katibi Antoniu Quterreş Cənubi Koreyada hərbi vəziyyətin ləğvini alqışlayıb və ölkədəki vəziyyəti yaxından izləməyə davam etdiyini bildirib.
Trend-in məlumatına görə, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə məlumat verib.
Koreya Respublikasının prezidenti Yun Seok-yeol dekabrın 3-ü axşam saatlarında hərbi vəziyyətin tətbiq edildiyini elan edib. Bir neçə saat sonra parlament həmin qərarın ləğvini dəstəkləyib. Daha sonra ölkə rəhbəri qərarını ləğv edəcəyini açıqlayıb və Nazirlər Kabineti də onu dəstəkləyib.
Cənubi Koreyada 45 ildir hərbi vəziyyət tətbiq olunmur.
Dekabrın 4-də müxalifət prezidentə qarşı impiçment proseduruna başlayıb və yaxın günlərdə səsvermənin keçirilməsi gözlənilir.