...

Məşhur telekanal Obamanı terrorçu ilə səhv saldı

Dünya xəbərləri Materials 8 Fevral 2025 09:21 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

CNN telekanalı canlı yayım vaxtı keçmiş ABŞ prezidenti Barak Obamanı terrorçu Usama bin Ladenlə səhv salıb.

Trend xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Verilişlərdən birinin yayımı zamanı telekanal qanunsuz miqrantların Quantanamoya yerləşdirilməsi ilə bağlı sujet göstərib. Sujetdə Bin Ladenin yaxın müttəfiqi Əbu Zubeydədən söz gedəndə, ekranda “Obama Bin Ladenin müttəfiqi Əbu Zubeydə” titri peyda olub.

Telekanal bu səhvi şərh etməsə də, bu texniki xəta sosial şəbəkələrdə böyük əks-səda doğurub, bəziləri hətta redaktorların qəsdən belə titr efirə verdiklərini iddia edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti