Bakı. Trend:
“Yeston” şirkəti masaüstü kompüterlər üçün “dəniz dalğası” ətirli inteqrasiya olunmuş aromatizatoru olan “Radeon RX 9070 XT Sakura Atlantis” qrafik kartını təqdim edib.
Trend xəbər verir ki, bu barədə “Gamer Nexus” nəşri yazır.
İstehsalçı bu yeniliyi kompüterdən istifadə edən zaman daha gözəl təəssüratlar almağa çalışan geymerlər üçün qeyri-standart bir çözüm kimi irəli sürüb.
Yeni cihazın quruluşuna əsasən aromatizator onun soyutma sisteminin pərlərindən birinin altında yerləşir. “Gamer Nexus” ekspertlərinin dediyinə görə, həmin elementi dəyişmək imkanı olmasa da, o, həqiqətən, kompüterin fəaliyyəti zamanı korpusun yaxın çevrəsində qoxunu dəyişir.
Qeyd edək ki, “Radeon RX 9070 XT Sakura Atlantis” videokartı 4096 axın prosessoruna malik Navi XTX 48 qrafik çipi və 16 QB GDDR6 videoyaddaşla təchiz olunub.