...

Ağ Evdə Obamanın portretini Trampın üzü qanlı qrafika ilə əvəzləyiblər (FOTO)

Dünya xəbərləri Materials 12 Aprel 2025 10:34 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend

Ağ Evdə keçmiş ABŞ prezidenti Barak Obamanın portretini hazırkı prezident Donald Trampa sui-qəsd cəhdinin təsvir olunduğu qrafika ilə əvəzləyiblər.

Trend xəbər verir ki, bunu ABŞ administrasiya başçısının müavini Den Skavino “X” sosial şəbəkəsində bildirib.

Qrafikada ABŞ bayrağının fonunda 2024-cü ilin iyul ayında seçki kampaniyası zamanı tərəfdarları qarşısında çıxış edən Donald Trampın hücumdan sonra al qana bulaşmış üzü təsvir olunub.

Keçmiş prezident Obamanın portretinin isə hazırda birinci mərtəbədə qəbul otağında olduğu deyilir. Bundan əvvəl ABŞ-nin ilk afroamerikalı dövlət başçısının portreti Ağ Evin əsas pilləkənlərinin yaxınlığında divardan asılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti