...

Rusiyada aeroportlara qoyulmuş məhdudiyyət aradan qaldırıldı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 23 Aprel 2025 16:10 (UTC +04:00)
Rusiyada aeroportlara qoyulmuş məhdudiyyət aradan qaldırıldı (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Kazan və Nijnekams şəhər hava limanlarında mülki hava gəmilərinin uçuşu və qəbuluna qoyulmuş məhdudiyyətlər aradan qaldırılıb.

Trend xəbər verir ki, bu haqda “Rosaviasiya”nın "Telegram" kanalında məlumat yayılıb.

Normal fəaliyyətin 14:07 (Bakı vaxtı ilə 15:07) bərpa olunduğu bildirilir.

Məhdudiyyətlər mülki hava gəmilərinin uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə tətbiq olunmuşdu. Həmin müddət ərzində Kazana enməli olan 5 təyyarə ehtiyat hava limanlarına yönləndirilib.

xxx

09:19

Rusiyanın Kazan və Ulyanovsk şəhərlərinin hava limanlarında sərnişin təyyarələrinin enişi və uçuşuna müvəqqəti məhdudiyyət qoyulub.

Trend xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) Telegram kanalı məlumat yayıb.

“Mülki təyyarələrin uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə hava gəmilərinin uçuşu və qəbuluna Moskva vaxtı ilə 07.30-dan etibarən bu aeroportlarda məhdudiyyətlər qoyulub: Kazan (UWKD); Ulyanovsk (UWLL)”,- məlumatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti