...

Ekvadorda güclü zəlzələ olub

Dünya xəbərləri Materials 25 Aprel 2025 18:02 (UTC +04:00)
Ekvadorda güclü zəlzələ olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ekvadorda güclü zəlzələ olub.

Trend xəbər verir ki, bu haqda Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

6,3 maqnitudalı zəlzələnin yeraltı ocağı 23 kilometr dərinlikdə qeydə alınıb.

Sosial şəbəkədə yayılmış görüntülərdə bəzi yerlərdə dağıntıların olduğunu görmək olsa da, itkilər və yaralananlar barədə hələ ki, məlumat yoxdur.

Xatırladaq ki, adıçəkilən Latın Amerikası ölkəsində son ən güclü zəlzələ 2016-cı ildə baş verib. 7,8 bal gücündə dağıdıcı zəlzələ 77 nəfərin həyatına son qoymuş, 500-dən çox insan yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti