Bakı. Trend:
Yeni Roma Papası XIV Leo dünyada mövcud olan münaqişələrin nizamlanmasına vasitəçilik etməyə hazır olduğunu bəyan edib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, pontifik dünyada sülhün bərqərar olması və “düşmənlərin üz-üzə görüşərək, söhbət etməsi üçün” əlində olan bütün imkanlardan istifadə etməyə hazırlıq ifadə edib.
“Gəlin görüşək, söhbət edək, danışıqlar aparaq”, - deyə pontifik dünya liderlərinə müraciət edib.
Roma papasının sözlərinə görə, müharibə problemləri həll etmir, əksinə onları daha da kəskinləşdirir.