...

Meksikada ağır qəza - 21 ölü

Dünya xəbərləri Materials 15 May 2025 09:14 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Meksikanın Puebla ştatında azı 21 nəfərin ölümü ilə nəticələnmiş ağır yol qəzası baş verib.

Trend bu barədə BBC-yə istinadən xəbər verir.

Məlumata görə, Kuaknopalan və Oaksaka şəhərlərini birləşdirən magistral yolda 3 avtomobil – avtosistern, avtobus və mikroavtobus toqquşub. Toqquşmadan sonra avtosister yoldan çıxaraq, uçuruma yuvarlanıb və yanmağa başlayıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində 18 nəfər hadisə yerində keçinib, digər 3 nəfər isə xəstəxanada həyatlarını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti