...

Ərdoğan Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarənin istintaqı barədə danışıb

Dünya xəbərləri Materials 12 Noyabr 2025 16:10 (UTC +04:00)
Ərdoğan Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarənin istintaqı barədə danışıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünən C130 hərbi yük təyyarəsi qısa müddət sonra Gürcüstan–Azərbaycan sərhədinə yaxın Siqna-G bölgəsində qəzaya uğrayıb.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı bəyanatında bildirib.

Bəyanata başsağlığı ilə başlayan Ərdoğan, qəza nəticəsində şəhid olan şəxsi heyət üzvlərinin adlarını sadalayıb:

"Bu faciəvi hadisə nəticəsində təəssüf ki, 20 vətən övladımız şəhid olub... Uca Allah şəhidlərimizin məkanını cənnət, məqamlarını uca etsin. Qəlbimizdəki yanğını təsvir etmək, bu ağrını sözlə ifadə etmək mümkün deyil. Göz yaşlarımızı içimizə axıdır, kədərimizi qəlbimizə basırıq".

O, qəza ilə bağlı aparılan araşdırma haqda da məlumat verib.

“Hadisə xəbəri gələn kimi Milli Müdafiə nazirimizlə yanaşı, Daxili İşlər və Xarici İşlər nazirlərimiz də qarşı tərəflərlə təmas qurublar. Axtarış-xilasetmə işlərinə dərhal başlanılıb. Görüntü almaq üçün Gürcüstan hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində pilotsuz uçuş aparatlarımız dərhal hərəkətə gətirilib.

Həmin gün axşam saat 17:00 radələrində təyyarənin qalıqlarına çatıldığı xəbəri alındı. Təhlükəsizlik məqsədilə qəza sahəsi tam nəzarət altına alınıb. Elə dünən gecə 46 nəfərlik qəza-araşdırma qrupumuzun hadisə yerinə göndərilməsi təmin edildi. Təyyarəmizin “qara qutusu” tapılıb və araşdırmalara başlaılıb. Şəhidlərimizin 19-nun cəsədi tapılıb, sonuncu şəhidimizin nəşinin axtarış işləri isə davam edir", - deyə Ərdoğan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti