Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabad şəhərində Rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüş keçirir.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Liderlərin görüşü Türkmənistan paytaxtında keçirilən “Sülh və Etimad” Forumunun çərçivəsində baş tutub. Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, Ukrayna münaqişəsinin dinc yolla nizamlanması və Türkiyənin bu məsələdə vasitəçilik səylərinin müzakirə olunacağı bildirilir.
Bundan əvvəl Ərdoğan Forumun iclasında etdiyi çıxışında Türkiyənin vasitəçilik fəaliyyətini davam etdirməyə və Ukraynadakı sülh prosesinə dəstək göstərməyə hazır olduğunu bildirmişdi.
Xəbər yenilənəcək
