Bakı. Trend:
Avropalı alimlər İntibah dövrünə aid artefaktlardan görkəmli italiyalı rəssam Leonardo da Vinçinin DNT izlərini aşkarladıqlarını güman edirlər.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, tarixi artefaktlar əsrlər keçsə belə DNT izlərini özündə saxlaya bilir və qabaqcıl texnologiyanın tətbiq olunduğu təqdirdə həmin dövrdə yaşamış insanlar haqda faydalı məlumat əldə etməyə imkan verir. Belə araşdırmalara əngəl yaradan əsas amil, DNT müayinələrində dəyərli rəsm əsərlərinin zədələnmə riskinin yüksək olmasıdır.
Lakin bir müddət əvvəl alimlər yeni minimal invaziv metodla Avropa İntibah dövrünə aid tarixi-bioloji imzaları bərpa etməyə çalışırlar.
Müayinələrdən birində onlar kağız üzərində qırmızı kömürlə çəkilmiş və Da Vinçi tərəfindən çəkildiyi güman edilən “Müqəddəs Uşaq” adlı rəsmdən kiçik DNT izləri aşkarlayıblar.
Alimlər əşyalardan əldə edilən Y-xromosomu DNT ardıcıllıqlarını böyük Y-xromosomu referans məlumat bazaları ilə müqayisə etdikdə, ən yaxın uyğunluğun geniş E1b1 / E1b1b xətti daxilində olduğunu aşkar ediblər. Bu Y-xromosomu xətti bu gün Cənubi Avropada, o cümlədən İtaliyada, Şimali Afrikada və Yaxın Şərqin bəzi bölgələrində əhəmiyyətli tezliklə müşahidə olunur.
Lakin tədqiqatçılar qeyd ediblər ki, əşyalardan götürülmüş hər hansı bir DNT izinin həqiqətən da Da Vinçiyə aid olduğunu təsdiqləmək son dərəcə mürəkkəb bir prosesdir.
