...

Tramp “TikTok”un Amerika seqmentinin alınmasını təsdiqlədi

Dünya xəbərləri Materials 23 Yanvar 2026 17:27 (UTC +04:00)
Tramp “TikTok”un Amerika seqmentinin alınmasını təsdiqlədi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp “TikTok”un Amerika bölməsinin “Oracle” və “Silver Lake” şirkətləri rəhbərliyindəki investor konsorsiumu tərəfindən alınması barədə sazişin bağlandığını təsdiqləyib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Trampın sözlərinə görə, “TikTok” ona prezident seçkilərində “gənc seçici elektoratı arasında bu qədər uğur qazanmasına” çox kömək edib. O, həmçinin ABŞ vitse-prezidenti Cey Di Vens və sosial şəbəkənin Çinli sahibləri ilə aparılan sazişdə kömək edən digər administrasiya nümayəndələrini təşəkkür edib.

Tramp Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinə də təşəkkürünü bildirib.

“Si Cinpin fərqli hərəkət edə bilərdi, lakin etmədi və biz onun qərarını yüksək qiymətləndiririk”, -deyə Tramp bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti