...

İranın XİN rəhbəri Türkiyədə səfərdədir

Dünya xəbərləri Materials 30 Yanvar 2026 12:08 (UTC +04:00)
İranın XİN rəhbəri Türkiyədə səfərdədir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Xarici İşlər Naziri Abbas Əraqçi Türkiyəyə rəsmi səfər edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

İranlı ali diplomat cümə günü səhər saatlarında İstanbula çatıb və Türkiyənin Xarici İşlər Nazirliyinin regional baş direktoru da daxil olmaqla, türk rəsmiləri tərəfindən rəsmi şəkildə qarşılanıb.

Bir günlük səfər çərçivəsində Əraqçinin Türkiyənin xarici işlər naziri Hakan Fidanla ikitərəfli münasibətlər, eləcə də aktual olan regional və beynəlxalq məsələlər ətrafında danışıqlar aparması nəzərdə tutulur.

İranın xarici işlər nazirinin səfər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşərək danışıqlar aparması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti