...

Mixail Şubin "Ostankino" telemərkəzinin baş direktoru təyin olunub

Dünya xəbərləri Materials 3 May 2006 15:09 (UTC +04:00)

Mixail Şubin "Ostankino" telemərkəzinin baş direktoru təyin olunub. Bu barədə Rusiyanın Mətbuat və Kütləvi Kommunikasiyalar üzrə Federal Agentliyindən bildiriblər. M.Şubin bu vəzifəyə Mətbuat və Kütləvi Kommuniyasiyalar üzrə Federal Agentliyin rəhbəri Mixail Seslavinskinin baş direktorunun əvəzlənməsi ilə bağlı müsabiqənin nəticələrinə əsasən verdiyi əmrinə uyğun təyin olunub.

Trend agentliyinin məlumatına əsasən, 4 iddiaçının iştirakı ilə keçirilən müsabiqə iki mərhələdən ibarət idi. Birinci mərhələdə iştirakçılar yazılı imtahan verir, ikinci -də isə müəssisəninin inkişafına dair hazırladıqları proqramları müdafiə edirdi. Müsabiqə komissiyasının tərkibinə "Rusiya Televiziya və Radio Yayım Şəbəkəsi", hökumət apparatı və sair qurumların nümayəndələri daxildir.

M.Şubin 2006-cı ilin mart ayından "Ostankino" mərkəzinin baş direktoru səlahiyyətlərini yerinə yetirirdi. 1999-cu ildən 2006-ci ilədək o, "Rusiya Televiziya və Radio Yayım Şəbəkəsi"nin və Mətbuat, Teleradioyayım və Kütləvi İnformasiya Vasitələri üzrə Nazirliyinin Paylaşdırıcı Müdiriyyətinin baş direktoru olub.

"Ostankino" - iri və kiçik telerradio şirkətlərinin proqramlarının hazırlanması və efirə buralması üçün nəzərdə tutulmuş kompleksdir. Rusiya przeidentinin 6 mart 2006-cı il sərəncamı ilə mərkəz strateji müəssisələr siyahısına daxil edilrib. Bu barədə "RBK" xəbər verib.

Xəbər lenti

Xəbər lenti