...

Çin üzərində nəhəng ozon dəliyi əmələ gəlib

Dünya xəbərləri Materials 4 May 2006 13:00 (UTC +04:00)

Çin üzərində 2,5 mln. kv. km sahəsi olan nəhəng ozon dəliyi yaranıb. Bu barədə Sinxua agentliyi məlumat yayıb.

Trend in məlumatına görə, o, Sinxay-Tibet yaylası üzrəndə isti hava axınının yuxarı qalxması və ozonu atmosferin üst qatlarına qovması nəticəsində əmələ gəlib. Alimlərin müşahidələrinə görə, ölçüsünə görə uyğun gələn iki digər ozon dəliyi Şimal və Cənub qütbləri üzərində formalaşıb. Çin üzərində, agentliyin məlmutına görə, ümumi belə iri "dəlik" ilk dəfəlir ki, müşahidə olunur.

Ozon dəliyi Yerdə buzlaqların əriməsinə və insan dərisinə mənfi təsir göstərən ultrabənövşəyi şüaların güclü axınına səbəb olur. Ozon dəliyinin genişlənməsini bir çox alimlər qlobal istiləşmə fenomeni ilə əlaqələndirirlər. Bu barədə İTAR-TASS məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti