...

Gürcüstanın baş naziri Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri ilə görüşüb

Dünya xəbərləri Materials 24 May 2006 15:11 (UTC +04:00)

Gürcüstanın baş naziri Zurab Noqaideli Böyük Britaniyaya səfər çərçivəsində Avropa məsələləri üzrə nazir Cefri Hun ilə görüşüb.

Trend agentliyinin "Gürücstan Online"yə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Gürcüstanın Avropa Birliyinə inteqrasiyası və ölkədə aparılan islahatları müzakirə edib. Görüşdə Avropa qonşuluq siyasəti çərçivəsində Gürcüstanın fəaliyyət planı təfərrüatı ilə müzakirə edilib.

Baş nazir fəaliyyət planı üzrə növbəti danışaqlar mərhələsinində əldə olunmuş irəliləyişi vurğulayıb və planın icra mərhələsinin başlanacağına ümidvar olduğunu qeyd edib. Bununla yanaşı, Z.Noqaideli deyib ki, Gürcüstan hökuməti üçün Avropa Birliyi, xüsusilə də Avropa Gömrük İttifaqının üzvü olan Türkiyə ilə azad ticarət haqqında sazişin rəsmiləşdirilməsi vacibdir. Lakin Türkiyə bu addımı atmaq üçün Avropa Birliyinin razılığını almalıdır.

C.Hun Gürcüstanın Avroatlantik qurumlara inteqrasiyasını tam dəstəklədiyini bildirib və konkret addımlar atmağa söz vreib.

Görüşdə həmçinin, Avropanın təhlükəsizlik məsələləri də müzakirə edilib. Qeyd olunub ki, enerji daşıyıcılarının sabitsizliyi üzündən Avropada enerji mənbələrinin diversifikasiyası aktuallaşıb. Enerji daşıyıcılarının nəqli baxımından Gürcüstana strateji əhəmiyyət verilir.

Tərəflər Gürcüstandakı mövcud münaqişələr və bunların sülh yolu ilə həlli məsələsinə də toxunublar.

Xəbər lenti

Xəbər lenti