...

Gürcüstan və Rusiya prezidentlərinin görüşündə münaqişələrin tənzimlənmə məsələsi müzakirə ediləcək

Dünya xəbərləri Materials 5 İyun 2006 14:55 (UTC +04:00)

Gürcüstan və Rusiya prezidentlərinin iyunun 13-də Sankt-Peterburqda baş tutacaq görüşündə Gürcüstan münaqişələrinin nizama salınması məsələsi müzakirə olunacaq. Bu barədə bu gün Gürcüstan Milli təhlükəsizlik şurasının iclasında çıxış edən ölkə prezidenti Mixail Saakaşvili bildirib.

Trend in Qafqaz-Press-ə əsasən verdiyi xəbərə görə, ölkənin Milli təhlükəsizlik şurasının iclasının açıq hissəsində çıxış edən Saakaşvili qeyd edib ki, Gürcüstan "ölkənin ərazi bütövlüyünün tam toxunulmazlığını" nəzərə alaraq, gürcü-rus münasibətlərinin bütün kəskin məsələlərini həll etməyə hazırdır. Saakaşvili deyib: "Gürcü-rus münasibətlərində kəskin məsələlər var. Bizim mövqeyimiz hər zaman konkret olmuşdur - biz Rusiya ilə bir sıra digər məsələlərin həllində Gürcüstanın ərazi bütövlüyünün tam toxunulmazlığı, münaqişələrin sülh yolu nizama salınması, süni əngəllərin aradan götürülməsi prinsipinə əsaslanan çox yaxın, sıx, konstruktiv münasibətlər qurmağa hazırıq".

Saakaşvili əlavə edib ki, Gürcüstanın dəqiq mövqeyi var və o, bu mövqedən geri çəkilməyəcək, çünki bunun ölkənin gələcəyinə və onun vətəndaşlarının rifahına aidiyyatı var. Gürcüstan prezidenti qeyd edib: "Bizim geniş miqyaslı dialoqumuzun bərpası ölkələrimizin maraqları daxilindədir".

Xəbər lenti

Xəbər lenti