...

Ukrayna Baş Prokurorluğu A.Morozovun telefon danışıqlarına qulaq asılması faktı üzrə cinayət işi açıb

Dünya xəbərləri Materials 6 Fevral 2007 17:00 (UTC +04:00)

Ukrayna Baş Prokurorluğu Ali Rada sədri Aleksandr Morozovun telefon danışıqlarına qulaq asılması faktı üzrə cinayət işi açıb.

Trend in Kiyevdəki müxbiri xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına əsasən, cinayət işi Ukrayna Ali Radası sədri A.Morozovun diplomatik dairələrin nümayəndəsi ilə telefon danışıqlarına qulaq asılması faktı ilə açılıb, bu söhbətin açılmış şifrəsi 2007-ci ilin yanvar ayında İnternetdə yayılıb.

Bu cinayət işi ilə bağlı məhkəmə öncəsi təhqiqat Kiyev şəhəri prokurorluğuna həvalə edilib.

Məlumat verildiyi kimi, yanvarın 12-də Ukrayna Sosialist Partiyasının parlament fraksiyası A.Morozovun telefon danışıqlarının dinlənilməsi faktının araşdırılması tələbi ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti