...

İstanbulda qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun 26 üzvü həbs edilib

Dünya xəbərləri Materials 15 Fevral 2007 14:23 (UTC +04:00)

İstanbulda vergi polisi tərəfindən ölkəyə qeyri-qanuni şəkildə neft məhsullarının gətirilməsi ilə məşğul olan cinayətkar qrupun 26 üzvü həbs edilib.

Trend in Ankara müxbiri vergi polisinin məlumatlarına istinadən bildirir ki, neft məhsulları boğazdan keçən gəmilərdən ucuz qiymətə, orta qiymətlə litri 50 Türk quruşuna alınıb, sonra 1,5 yeni Türk lirəsinə satılırmış.

Neft məhsullarının realizəsi parakəndə şəkildə, eləcə də bəzi benzindoldurma məntəqələri tərəfindən həyata keçirilib. Əməliyyat nəticəsində təxminən 116 ton qeyri-qanuni əldə edilmiş neft məhsulu aşkar edilib. Qrup üzvləri Türkiyə dəniz mühafizə xidmətindən alınan məlumatlardan sonra həbs edilib.

Mütəşəkkil cinayətkar qrupun həbs olunmuş üzvləri arasında Rasim Əliyev adlı bir nəfər Azərbaycan vətəndaşı da var. Onun həbsi barədə ətraflı məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti