...

Türkiyənin baş naziri Rusiya prezidentinə dəvətnəmə göndərib

Dünya xəbərləri Materials 9 Mart 2007 13:39 (UTC +04:00)

Türkiyə, Ankara/ müxbir. Trend Ə.Aləsgərov/ Türkiyənin baş naziri T. Ərdoğan Rusiya prezidenti V.Putinə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının əsas iştirakçı ölkələri başçılarının iclasında iştirak etmək üçün dəvətnəmə göndərib.

Bu ölkələrin 15 liderinin görüşü İstanbulda iyun ayında keçiriləcək.

Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, Rusiyanın prezidenti Qara dəniz sahili ölkələri arasında əlverişli əlaqələrin inkişafı barədə bəyanat verib, ancaq İstanbulda keçiriləcək tədbirdə V.Putinin iştirakı barədə dəqiq məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti