...

Tbilisidə 23 ölkənin dəmir yolu idarələri rəhbərlərinin konfransı keçirilir

Dünya xəbərləri Materials 26 Aprel 2007 15:38 (UTC +04:00)

Gürcüstan, Tbilisi / müx. Trend N.Kirtsxalia/ Bu gün Tbilisidə Dəmir Yolu Əməkdaşlığı Təşkilatına üzv-dövlətlərin dəmir yol idarələrinin rəhbərlərinin 22-ci konfransı işə başlayır. "Gürcüstan dəmir yolu"ndan verilən məlumata görə, konfransın işində 23 ölkədən 120 nümayəndə iştirak edəcək.

Müzakirələr zamanı 2006-ci ilin yekunları və dəmir yollarının gələcək planları müzakirə olunacaq. Konfransın işinin nəticəcələri "Şərq-Qərb" nəqliyyat dəhlizi baxımından Gürcüstan dəmir yolu üçün böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, dünən konfransın hazırlığı ilə məşğul olan işçi qrupun iclası keçirilib. Ekspertlər bu gün dəmir yolu idarələri rəhbərləri tərəfindən imzalanacaq yekun sənədi hazırlayıb. Bu sənəd özündə yük və sərnişin daşımaları ilə bağlı məsələləri, habelə maliyyə hesabatlarını əks etdirir.

Xəbər lenti

Xəbər lenti