...

Potidə güclü fırtına gəmini sahilə atıb

Hadisə Materials 20 Oktyabr 2013 15:20 (UTC +04:00)
Poti limanında güclü fırtına Malta bayrağı altında üzən "Smart" adlı gəmini sahilə atıb.
Potidə güclü fırtına gəmini sahilə atıb

Gürcüstan, Tbilisi, 20 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Poti limanında güclü fırtına Malta bayrağı altında üzən "Smart" adlı gəmini sahilə atıb.

Liman administrasiyasından Trend-ə verilən məlumata görə, gəmi 34 vaqonla dünən axşam limandan çıxıb, lakin 5 ballıq fırtına gəmini sahilə atıb.

16 ekipaj üzvündən (2 Rusiya, 14 Ukrayna vətəndaşı) heç biri xəsarət almayıb.

Fırtına Batumi bulvarına da ciddi ziyan vurub. Səhər saatlarından ərazidə təmizlik işlərinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti