...

Tbilisi hava limanı duman səbəbindən fasilələrlə işləyir

Hadisə Materials 22 Dekabr 2014 08:46 (UTC +04:00)
Tbilisi beynəlxalq hava limanı güclü duman səbəbindən bu gecə fasilələrlə işləyib.
Tbilisi hava limanı duman səbəbindən fasilələrlə işləyir

Gürcüstan, Tbilisi, 22 dekabr /Trend, müxbir N.Kirtsxalia/

Tbilisi Beynəlxalq Hava Limanı güclü duman səbəbindən bu gecə fasilələrlə işləyib. Trend-ə hava limanı administrasiyasından bildiriblər ki, əlverişsiz hava şəraiti səbəbindən iki reys İstanbul-Tbilisi və Riqa-Tbilisi pozulub.

Kiyevdən uçan "Ukrayna hava yolları"nın təyyarəsi vaxtında Tbilisidə yerə enə bilməyib. Təyyarə Yerevanda yerə enmək məcburiyyətində qalıb, duman çəkilən sonra, oradan səhər Tbilisiyə gəlməlidir.

Duman şəraitində "Atlasjet", "Pegasus" və "Air Baltic" aviaşirkətləri uçuşlari yerinə yetirməkdən imtina ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti