...

Xocavənd və Füzuli rayonlarında yanğın baş verib

Hadisə Materials 6 İyul 2015 01:27 (UTC +04:00)
Xocəvənd rayonu, Haramı düzündə kənd bələdiyyəsinə məxsus ərazidə 200 ha biçilmiş taxıl sahəsi və ümumi sahəsi 90 kv.m olan qamışdan ibarət ferma yanmışdır
Xocavənd və Füzuli rayonlarında yanğın baş verib

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Xocəvənd rayonu, Haramı düzündə kənd bələdiyyəsinə məxsus ərazidə 200 ha biçilmiş taxıl sahəsi və ümumi sahəsi 90 kv.m olan qamışdan ibarət ferma yanmışdır.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, yaxınlıqda olan digər fermalar yanğından mühafizə olmuşdur. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Oranqala kəndi ərazisində 150 ha biçilmiş taxıl sahəsi və 50 ha sahədə quru ot yanmışdır. Ərazidə olan digər taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti