Azərbaycan, Bakı, 30 iyul /Trend/
Xətaidə bir nəfər 10-cu mərtəbədən yıxılaraq ölüb.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xətai rayonu ərazisində inşa edilən binanın 10-cu mərtəbəsindən, orada işləyən Bakı şəhər sakini Mirhəmid Mehdiyev ehtiyatsızlığı nəticəsində yıxılıb.
M.Mehdiyev aldığı xəsarətdən hadisə yerində ölüb.