...

Abşeronda kirayədə qalan gənc özünü asdı

Hadisə Materials 4 Noyabr 2016 09:46 (UTC +04:00)
Abşeron rayonunda intihar hadisəsi baş verib.
Abşeronda kirayədə qalan gənc özünü asdı

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Trend-ə Abşeron rayon prokurorluğundan məlumat verilib.

Hadisə noyabrın 3-də saat 16 radələrində baş verib. Rayonun Masazır qəsəbəsində kirayədə yaşayan Lerik rayon sakini, 1999-cu il təvəllüdlü Əmirov Asiman Şükür oğlu yaşadığı evdə özünü asıb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti