...

AZƏRBAYCANIN GÜRCÜSTANDAKI SƏFİRLİYİNDƏ BİLDİRİLİB Kİ, "LAQODEXİ" YBM-DƏ BAŞ VERMİŞ İNSİDENTİN AZƏRBAYCANLILARLA ƏLAQƏSİ YOXDUR

Hadisə Materials 14 İyul 2005 18:06 (UTC +04:00)

Ötən gecə Gürcüstan-Azərbaycan sərhədində, "Laqodexi" YBM-də baş vermiş insidentin azərbaycanlılarla əlaqəsi yoxdur.Bu barədə Trend agentliyinə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Mahmud Əhmədov bildirib.

Onun sözlərinə görə, iyulun 14-də səhərdən Gürcüstan KİV-də "Laqodexi" YBM-nə yaxın kəndlərdən birinin sakinlərinin və maliyə polisi əməkdaşlarının silahlı toqquşması barədə müxtəlif ziddiyyətli məlumatlar yayılıb.

Bu məlumatlardan birində bildirilir ki, toqquşma Gürcüstanın Azərbaycan milliyyətindən olan vətəndaşları və maliyyə polisi əməkdaşları arasında baş verib. M.Əhmədov bildirib ki, səfirliyin əməkdaşları Gürcüstanın Maliyyə polisi mətbuat xidmətinin nümayəndələri ilə əlaqə yaradıb.Onlar qeyd edib ki, insidentin Azərbaycanla və azərbaycanlılarla əlaqəsi yoxdur.Mətbuat xidmətində bildirilib ki, toqquşmada gürcü kəndinin gürcü milliyyətindən olan sakinləri iştirak edib.

M.Əhmədov deyib ki, Gürcüstanın Azərbaycan milliyyətindən olan vətəndaşlarının yaralanması yaxud onların xəstəxanada yerləşdirilməsi barədə də məlumat yoxdur. "Əgər belə hadisə olsaydı, onda biz bu barədə bilərdik" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti