...

AZƏRBAYCAN DİN ŞÖBƏ MÜDİRİNİN CƏSƏDİ ÖZ EVİNDƏ TAPILIB

Hadisə Materials 31 Avqust 2005 14:52 (UTC +04:00)

Trend agentliyi bildirir ki, Azərbaycan DİN Cinayət axtarışı şöbəsinin müdiri Məzahir Əliyevin (1953-cü il) cəsədi avqustun 31-də səhər öz evində (F.Xoyski küçəsi, ev 79, blok 4, mərtəbə 4) tapılıb.

Baş vermiş hadisə haqqında məlumat avqustun 31-də təxminən saat 10.30-da Nərimanov rayonunun 16-cı rayon polis idarəsinə daxil olub.Hadisənin baş verdiyi yerdə ekspertlər odlu silahdan başından yara almış cəsəd aşkar edib.İlkin məlumatlara əsasən, vinçester markalı silahdan atəş açılıb və bu, özünəqəsddir.

Hadisə yerində istintaq-axtarış tədbirləri keçirildikdən sonra saat 13.30-da cəsəd Nərimanov rayonunun məhkəmə-tibbi ekspertiza şöbəsinə aparılıb.

Hadisə yerində olan Bakı şəhər Baş polis idarəsinin rəisi Məhərrəm Əliyev baş vermiş hadisə ilə bağlı hər-hansı bir şərh verməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti