...

"Namaz "Facebook"da vaxt itirməkdən daha yaxşıdır" deyən müəzzin cəzalandırıldı

Maraqlı Materials 1 Sentyabr 2015 02:14 (UTC +04:00)
Misirin Dini İşlər üzrə Nazirliyi azan oxuyarkən “Namaz yuxudan daha xeyirlidir” əvəzinə, “Namaz “Facebook”da vaxt itirməkdən daha yaxşıdır” deyən müəzzin Mahmud əl-Moqazini vəzifəsindən azad edib.
"Namaz "Facebook"da vaxt itirməkdən daha yaxşıdır" deyən müəzzin cəzalandırıldı

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Misirin Dini İşlər üzrə Nazirliyi azan oxuyarkən "Namaz yuxudan daha xeyirlidir" əvəzinə, "Namaz "Facebook"da vaxt itirməkdən daha yaxşıdır" deyən müəzzin Mahmud əl-Moqazini vəzifəsindən azad edib.

Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, müəzzin barəsində araşdırma aparılır. Araşdırmaya Əl-Moqazinin müəzzinlik etdiyi Kafr əl-Davar qəsəbəsinin camaatının şikayəti əsasında başlanılıb.

Müəzzin araşdırma başa çatanadək vəzifəsindən kənarlaşdırılıb. Verilən cəzadan narazılığını bildirən qəsəbənin müəzzini aclıq aksiyasına başlamaq niyyətindədir. O əlavə edib ki, heç vaxt "Facebook"dan istifadə etməyib.

Əl-Moqazi bağışlanması üçün ölkə Prezidentinə müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti