...

Bu kənddə cəmi 3 saat yarım oruc tuturlar (FOTO/VİDEO)

Maraqlı Materials 8 İyun 2016 23:22 (UTC +04:00)
Bu il Ramazan ayı Şimal yarımkürəsində ilin ən uzun günlərinə təsadüf edir.
Bu kənddə cəmi 3 saat yarım oruc tuturlar (FOTO/VİDEO)

Bakı. Pərviz Sadıqov - Trend:

Bu il Ramazan ayı Şimal yarımkürəsində ilin ən uzun günlərinə təsadüf edir.

Trend-in Rusiya mətbuatına istinadən məlumatına görə, Skandinaviya ölkələrində müsəlmanlar 22 saatdan çox oruclu qalırlar. İsveçin Kiruna, Norveçin Tromso şəhərləri, eləcə də İslandiyanın paytaxtı Reykyavik bu göstəriciyə görə liderdirlər. Oslo, Kopenhagen, Helsinkidə isə 20 saat oruc tutulur.

Müsəlmanların ən qısa müddət oruclu qalacağı yer isə Argentinanın Uşuaya şəhəridir - 9 saat.

Lakin Omanda yerləşən Vekan kəndindəki müsəlmanlar yaşadıqları yerin təbiətinə görə hər il çaşqınlıq yaşayırlar. Dəniz səviyyəsindən 2 min metr hündürlükdə yerləşən kəndin dörd bir yanı dağlarla örtülüdür. Ona görə də Günəşin saat 11:00-da görünüb 14:30-da batdığı kənddə cəmi 3 saat yarım oruc tutulur. Lakin bəzi sakinlər ölkənin ümumi imsak və iftar saatlarından istifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti