...

İsbanbulda Xocalı faciəsi ilə bağlı fləşmob aksiyası (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2015 12:44 (UTC +04:00)
İsbanbulun Taksim meydanında Xocalı faciəsi ilə bağlı fləşmob aksiyası keçirilib.
İsbanbulda Xocalı faciəsi ilə bağlı fləşmob aksiyası (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlkin İzzət/

İsbanbulun Taksim meydanında Xocalı faciəsi ilə bağlı fləşmob aksiyası keçirilib.

Trend xəbər verir ki, Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı İstanbulun məşhur Taksim meydanında "Xocalıya ədalət" kampaniyası çərçivəsində fləşmob aksiyası keçirilib. "Zəhra Ana" Dərnəyi və İslam Konfransı Gənclər Forumunun dəstəyi ilə keçirilən aksiya zamanı faciə qurbanları olan 63 uşağın qətlə yetirilməsini yada salmaq üçün üçün 63 gənc üzlərinə uşaq maskası taxaraq yerə yıxılıblar və canverməni səhnələşdiriblər.

Sonra gənclər ayağa duraraq, kütləvi qırğında həyatını itirmiş Xocalıdan olan uşaqların adlarını və yaşasaydılar, bu həyatda nə edəcəklərini söyləyərək, bununla onları yad ediblər. Fləşmob aksiyası zamanı kampaniya fəalları "Yalanla mübarizə üçün alov yandır" (Light a Fire to Fight the Liar) devizi altında dünya ictimaiyyətinə ünvanlanan petisiyanı Taksim meydanında 1000-dən artıq xarici turistə və 5000-dən çox yerli sakinə paylayıblar. Dünya liderlərinə, KİV-lərə, bütün vicdanlı insanlara ünvanlanan bu petisiyada Xocalı faciəsini törətmiş adamların cinayət məsuliyyətinə cəlb edilməsi və faciəni "insanlığa qarşı cinayət" və "soyqırım aktı" kimi qiymətləndirilməsi çağırışı edilir.

Tədbir zamanı çıxış edən "Zəhra Ana" Dərnəyinin nümayəndəsi Sərdar Qoca dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlının bu müqəddəs missiyanı həyata keçirməyə dəstək göstərməyin vacibliyini bildirib.

Aksiya Türkiyənin bir çox KİV-lərində geniş şəkildə işıqlandırılıb.

Qeyd edək ki, "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun Vitse-Prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlamış və hal-hazırda 50-dən artıq ölkədə həyata keçirilir. Kampaniya nəticəsində dünynın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti