...

TÜRKİYƏ BAŞ NAZİRİ HEYDƏR ƏLİYEV ADINA PARKDA OLUB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyun 2005 11:49 (UTC +04:00)
TÜRKİYƏ BAŞ NAZİRİ HEYDƏR ƏLİYEV ADINA PARKDA OLUB

Türkiyə baş naziri Rəcəb Tayyıb Erdoğan sabiq prezident Heydər Əliyev adına parkda olub və onun heykəli qarşısına əklil qoyub. Türkiyə hökumət başçısını Bakı şəhərinin meri Hacıbala Abutalıbov müşaiyyət edib.

R.T. Erdoğana Azərbaycanın paytaxtında edilən dəyişikliklər haqqında müfəssəl məlumat verilib. Türkiyə baş nazirinin suallarına cavab verərkən H.Abutalıbov xüsusilə vurğulayıb ki, Bakıda yaşayış komplekslərinin tikintisi zamanı landşaftın seysmoloji vəziyyəti nəzərə alınır. Hər bir bina Rixter cədvəli ilə 9 ballıq zəlzələyə uyğunlaşdırılır. R.T.Erdoğanın AR prezidenti İ.Əliyevlə görüşü ehtimal olunur.

Baş nazir, həmçinin Türkiyə səfirliyinin Səməd Vurğun küçəsindəki binasının təməlqoyma mərasimində iştirak edəcək, Azərbaycan və Türkiyə İş Adamları Birliyinin üzvləri ilə görüşəcək.

Onun Milli Məclisin spikeri Mürtuz Ələsgərov, baş nazir Artur Rəsizadə ilə görüşü, deputatlar qarşısında çıxışı da planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti