...

HÖKUMƏT MƏCBURİ KÖÇKÜNLƏRİN YAŞADIQLARI YATAQXANALARIN TƏMİRİNƏ ƏLAVƏ VƏSAİT AYIRMAQ NİYYƏTİNDƏDİR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2005 17:42 (UTC +04:00)

Azərbaycan hökuməti məcburi köçkünlərin müvəqqətit yerləşdirildikləri yataqxanaların təmirinə əlavə vəsait ayırmaq niyyətindədir. Bu barədə Trend ə Azərbaycanın məcburi köçkünlər və qaçqınların işi üzrə Dövlət Komitəsindən məlumat verilib.

Xatırladaq ki, cari il yayın əvvəlindən bu yataqxanaların təmiri üçün 20 milyard manat ayrılıb. Həmin vəsait Bakı və Sumqayıt şəhərlərindəki 77 (Bakıda 56, Sumqayıtda 21) yataqxananın əsaslı təmirinə yönəldilib. Dövlət Komitəsindən verilən məlumata görə, işlərin böyük hissəsi artıq yerinə yetirilib. Ümumilikdə, Azərbaycanda qaçqınların və məcburi köçkülərin yaşadıqları 268 yataqxananın təmirə ehtiyacı var. Dövlət Komitəsi Bakı və Sumqayıtda təmir işlərinin başa çatmasından sonra digər binaların təmirinə başlayacaq.

Xatırladaq ki, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq məsələsi ölkə prezidenti yanında bu yaxınlarda keçirilən müşavirədə qaldırılıb. Həmin müşavirənin gedişində qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırılması ilə bağlı problemlərin həlli yolları müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti