...

Azərbaycan və Amerika yəhudilərinin əlaqələri müzakirə olunacaq

Siyasət Materials 30 Yanvar 2015 20:21 (UTC +04:00)
Yevda Abramov fevralın 1-də Amerika Birləşmiş Ştatlarına səfər edəcək.
Azərbaycan və Amerika yəhudilərinin əlaqələri müzakirə olunacaq

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Milli Məclisin deputatı Yevda Abramov fevralın 1-də Amerika Birləşmiş Ştatlarına səfər edəcək.

Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, deputatımız Los-Anceles şəhərində yerləşən ən böyük yəhudi məbədlərindən biri olan "Sinay" sinaqoqunda keçiriləcək xüsusi dəri üzərində hazırlanmış Tövratın ("Sefer Tora") təqdimat mərasimində iştirak edəcək.

Tədbirdə Azərbaycan və Amerika yəhudiləri arasında yaranmış əlaqələr, ölkəmizdə dini tolerantlıq ənənələrinin formalaşması barədə fikir mübadiləsi aparılacaq və ABŞ-ın Yəhudi icmaları tərəfindən müqəddəs "Sefer Tora" Bakı Dağ Yəhudiləri Dini icmasına bağışlanacaq.

Səfər fevralın 4-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti