...

"EKO-Parkda" “Multikultural dəyərlər və müasir gənclik” mövzusunda tədbir keçirilib (FOTO)

Siyasət Materials 16 Mart 2016 17:58 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzində "EKO-Parkda" “Multikultural dəyərlər və müasir gənclik” mövzusunda tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev, millət vəkili Rauf Əliyev, YAP GB-nin sədri Seymur Orucov və partiyanın fəalları iştirak ediblər.
"EKO-Parkda" “Multikultural dəyərlər və müasir gənclik” mövzusunda tədbir keçirilib (FOTO)

Bakı-Trend:

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzində "EKO-Parkda" "Multikultural dəyərlər və müasir gənclik" mövzusunda tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev, millət vəkili Rauf Əliyev, YAP GB-nin sədri Seymur Orucov və partiyanın fəalları iştirak ediblər.

Trend-in məlumatına görə, əvvəlcə gənclər Eko parkda ekskursiya edərək, Heydər Əliyev Fondunun layihəsi olan parkın fəaliyyəti haqqında məlumat alıblar.
Tədbiri açıq elan YAP GB-nin sədri Seymur Orucov 2016-cı ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Multikulturalizm ili" elan olunduğunu diqqətə çatdırıb.
Seymur Orucov bildirib ki, Azərbaycanda tarixən multikultural dəyərlərə hörmətlə yanaşılıb: "Ölkəmizdə hər zaman dini, irqi, etnik dözümlülük olub. Bu fakt ölkə Konstitusiyasında da öz əksini tapıb".

S.Orucov məhz multikulturalizm ilindən istifadə edərək onun təbliği istiqamətində mühüm addımların atılmasının gərəkdiyini bildirib, Azərbaycanın tolerantlıq modelinin dünya üçün bir nümunə olduğunu vurğulayıb.

Mövzu ilə əlaqədar geniş məruzə ilə çıxış edən YAP İdarə Heyətinin üzvu, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov gənclərlə keçirilən bu cür görüşlərin əhəmiyyətindən bəhs edib.

Millət vəkili bildirib ki, bu görüşlər yüksək dəyərlərin qorunmasında, yaşadılmasında, eləcə də ölkəmizlə bağlı həqiqətlərin faktoloji sübutlar əsasında dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. E.İbrahimov 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidilə hakimiyyətə gəlişindən sonra ölkəmizdə siyasi sabitliyin yarandığını diqqətə çatdıraraq bildirib ki, həmin siyasi kursun davamı olaraq son 12 ildə əldə edilən iqtisadi uğurlarımız dünyada öz sözümüzü deməyə zəmin yaradır: "Məhz bu siyasətin əsasında da siyasi sabitlik və vahid ideologiya ətrafında birləşmək faktoru dayanır: "Bu gün Azərbaycanda əldə edilmiş nailiyyətlər olduqca yüksəkdir. Hətta onu deyə bilərik ki, son illərdə dünyada baş verən maliyyə böhranı ölkəmizin inkişafı tempinə mane ola bilmədi. Bu gün dünya bazarında neftin dəfələrlə ucuzlaşması qeyri-neft sektorunun inkişafını labüd edir. Bu mənada kənd təsərrüfatının, aqrar sahənin inkişafı üçün ölkəmizdə münbit şərait mövcuddur. Ölkəmizdə ötən il ÜDM-də 1 faizdən çox artım olub. digər ölkələrlə nisbətdə ölkəmizdə bu artımın olması olduqca böyük nailiyyətdir. Nəzərə almaq lazımdır ki, digər dövlətlərdə ÜDM-də geriləmələr baş verib. Bu fakt ölkəmizdə sabit iqtisadi inkişafın olmasını sübut edir. öldkəmizdə infilyaisya 4 faiz olub. bunun qarşılığında isə insanların gəlirlər artıb. Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub. Regionların inkişafı 2015-ci ildə sürətlə gedib. Bu məsələ ölkə Prezidenti İlham Əliyev tərəfindən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda da qeyd edildi. Hər bir yerdə inkişaf, tərəqqi var, yeni sənaye müəssisələri açılır. Ölkəmizdə ötən il yüz mindən çox yeni iş yerləri açılıb ki, onlardan 84 mini daimi iş yeridir. Bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir. Ölkə başçısının imzaladığı Fərman və sərəncamlar ixracın gücləndirilməsini təşviq edir, eləcə də sahibkarların fəaliyyətini stimullaşdırır".

Çıxış edən millət vəkili Şəmsəddin Hacıyev son dövrlərdə dünya iqtisadiyyatında baş verən proseslərə nəzər salaraq qeyd edib ki, Azərbaycan son illərdə inkişaf tempini yüksəltməklə bərabər, bir sıra uğurlu layihələrə imza atıb: "1992-93-cü illərdə Azərbaycanda iqtisadi durum, insanların sosial vəziyyəti olduqca aşağı səviyyədə idi. Məhz Ulu öndər Heydər Əliyevin apardığı uğurlu siyasi kurs ölkəmizdə qısa zaman kəsiyində siyasi stabilliyin əldə edilməsinə, iqtisadi inkişafa təkan verdi. Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi sayəsində Azərbaycan müasir, regionun iqtisadi mərkəzinə çevrilməyi bacardı. Azərbaycan beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından birinə çevrildi. Bu gün ölkəmizin iqtisadi inkişaf modeli birmənalı şəkildə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan dünyada sivilizasiyaların dialoq mərkəzi kimi ad qazanıb. Regionda təkcə siyasi baxımdan deyil, dini və milli mənsubluq baxımından da kifayət qədər həssaslıq var. Lakin bütün bu məsələlərə rəğmən Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir. Ölkəmizin ətrafında və daxilində digər dinlərin daşıyıcısı olan xeyli sayda millətlər yaşayır. Azərbaycanda bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib. Bu münasibət, təbii ki, inzibati metodlar hesabına formalaşdırılmayıb və formalaşdırılması da mümkün deyil. Çünki tolerantlıq hər kəsin fərqli ifadə tərzinə hörmətlə, ziddiyyət təşkil etsə belə onun fikirlərinə dözümlü yanaşmaqdır. Bu isə Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri və bütövlükdə türk millətinin xarakteri ilə bağlı olan məsələdir".

Çıxış edən millət vəkili Rauf Əliyev ölkəmizdə aparılan multikulturalizm siyasətindən danışıb.

Millət vəkili qeyd edib ki, bu gün ölkəmizdə fərqli millətlərin nümayəndələri, eləcə dini baxımdan fərqli inanca sahib insanlar çox rahat və firavan şəkildə yaşaya bilirlər: "Azərbaycanın multikultural dəyərlərə verdiyi qiymət hər kəsə bəllidir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə xaricində belə fərqli dini inanclara mənsub müqəddəs məkanların, tarixi abidələrin qorunması istiqamətində gördüyü işlər dünya miqyasında yüksək qiymətləndirilir. Ölkəmizdə yerləşən fərqli dini inanc məkanlarının-məscidlərin, kilsələrin, sinaqoqların təmir edilməsi, onların yenidən qurulması istiqamətində uğurlu fəaliyyət nümayiş etdirilir. Əlbəttə ki, bu uğurlara nail olmaq üçün ilk növbədə güclü dövlət olmalıdır. Bu baxımdan da düşünürəm ki, güclü dövlətin güclü gəncliyi olmalıdır. İnanıram ki, gənclərin bilavasitə köməyi ilə dövlətimiz bundan da böyük işlər görəcək, daha böyük uğurlara möhürünü vuracaq".
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti