...

Siyavuş Novruzov: Kim pis işləyirsə, onun adını çəkin

Siyasət Materials 8 Dekabr 2016 13:32 (UTC +04:00)
Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında həmkarlarına irad tutub.
Siyavuş Novruzov: Kim pis işləyirsə, onun adını çəkin

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında həmkarlarına irad tutub.

Trend-in məlumatına görə, S.Novruzov deputat həmkarlarından tənqid edərkən konkret ünvan göstərmələrini istəyib:

“Tənqid edəndə konkret sahəni tənqid etmək lazımdır. Ümumi fikir söyləməyə ehtiyac yoxdur. Ümumi fikir söyləyəndə hər kəs hesab edir ki, bunun ona aidiyyatı yoxdur, başqasını tənqid edirlər. Və yaxud bəzi həmkarlarımız çölə çıxanda nazirə deyir ki, mən sizi nəzərdə tutmurdum, başqa naziri nəzərdə tuturdum. Digərini görəndə də eyni şeyi deyir. Buna görə də konkret ünvana sözünüzü deyin, konkret tənqid edin ki, o tənqid olunan şəxs öz işindən nəticə çıxarsın və gələcəkdə səhvlərə yol verməsin. Əgər konkret sahə ilə bağlı fikir varsa, o sahə ilə əlaqədar danışılsın, hökumətə ünvanlamasın. Çünki hökumətin yaxşı işləyən üzvü də, yaxşı işləməyən üzvü də var. Ona görə kim pis işləyirsə, onun adını çəkin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti