...

İordaniya Nümayəndələr Palatasının spikeri Azərbaycana gəlir

Siyasət Materials 8 May 2017 16:37 (UTC +04:00)
İordaniya Nümayəndələr Palatasının spikeri Atif Taraunenin səfəri zamanı Azərbaycan və İordaniya ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələsini müzakirə edəcək
İordaniya Nümayəndələr Palatasının spikeri Azərbaycana gəlir

Bakı. Anaxanım Hidayətova - Trend:

İordaniya Nümayəndələr Palatasının spikeri Atif Taraunenin səfəri zamanı Azərbaycan və İordaniya ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələsini müzakirə edəcək.

Bunu Trend-ə İordaniyanın Bakıdakı səfiri İbrahim Məhəmməd əl-Nəbaşneh deyib.

Onun sözlərinə görə, səfər mayın 9-u baş tutacaq.

Diplomat qeyd edib ki, spiker İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti