...

ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ İLƏ MƏSLƏHƏTLƏŞMƏLƏRİN PLANLAŞDIRILMAMIŞ İKİNCİ RAUNDUNU KEÇİRİLƏR

Siyasət Materials 12 İyul 2005 15:28 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 12-də Bakıda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla planlaşdırılmamış məsləhətləşmələrin ikinci raundunu keçiriblər. Bu barədə Trend agentliyinə AR XİN-dən məlumat veriblər.

Vasitəçilərin - Yuri Merzlyakovun (Rusiya), Bernar Fasyenin (Fransa) və Stiven Mennin (ABŞ) Azərbaycanın Xarici İşlər naziri ilə təkrar görüşü bu proqrama daxil edilməmişdi. Bu qərar bu yaxınlarda Bakıda aparılmış məsləhətləşmələrin nəticələri üzrə qəbul edilib.

Tərəflər müsbət məcrada inkişaf edən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə Praqa prosesinin gündəmində duran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Həmçinin, hazırki sülh prosesinin intensifikasiyasının zəruriliyi də qeyd olunub.

Görüş zamanı həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin avqustda Kazanda baş tutacaq görüşləri ərəfəsində tərəflər arasında münaqişəyə müxtəlif yanaşmaların ətraflı müzakirə olunmasının səfərin əsas məqsədinin olduğunu vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti