...

STİVEN MƏNN: AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ XARİCİ İŞLƏR NAZİRİ ELMAR MƏMMƏDYAROV ƏSL LİDER KEYFİYYƏTLƏRİNƏ MALİK SİYASƏTÇİDİRLƏR

Siyasət Materials 27 İyul 2005 14:37 (UTC +04:00)
STİVEN MƏNN: AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ XARİCİ İŞLƏR NAZİRİ ELMAR MƏMMƏDYAROV ƏSL LİDER KEYFİYYƏTLƏRİNƏ MALİK SİYASƏTÇİDİRLƏR

"Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov əsl siyasətçidirlər". Trend in məlumatına görə bu barədə Türkiyənin "NTV" teleşirkətinə müsahibəsində ABŞ-ın Avrasiya regionunda münaqişələr və Xəzər dənizi məsələləri üzrə dövlət katibinin xüsusi nümayəndəsi Stiven Mənn bildirib.

Onun sözlərinə görə, azərbaycan xalqının İlham Əliyevin şəxsində çox yaxşı prezidenti var.

"Mən hesab edirəm ki, ölkədə siyasi islahatlar davam etdiriləcək, neftdən əldə olunan gəlirlər sıravi vətəndaşların yaşayış səviyyəsinin yüksəlməsinə yönəldiləcək", - deyə S.Mənn qeyd edib.

ABŞ-ın Türkmənistana münasibətdə apardığı siyasətinə toxunaraq, S.Mənn Ağ Evin Aşqabada qarşı tutduğu mövqenin Azərbaycana qarşı yürütdüyü siyasətdən fərqləndiyini bildirib.

"ABŞ-ın bəzi səlahiyyətli nümayəndələri bəyan edirlər ki, İraqda olduğu kimi zorakılıq tətbiq etməklə demokratiya və azadlıq əldə etmək olar", deyə - S.Mənn vurğulayıb.

Ağ Evin Yaxın Şərq regionuna qarşı yürütdüyü siyasətə toxunan ABŞ dövlət katibinin xüsusi nümayəndəsi xatırladıb ki, son yarım ildə bu regionun energetika mərkəzlərində görünməmiş siyasi dəyişikliklər baş verib.

"Bu dəyişikliklərin arxasında amerika qüvvələrinin durduğunu düşünən siyasətçilər və ekspertlərin bu fikirləri Ağ Evin nümayəndələri tərəfindən təkzib olunur. Vaşinqton dəfələrlə "demokratiyanın ixracı" söz birləşməsinin bu hadisələrə şamil edilməsinin uyğunsuzluğu barədə bəyanatla çıxış edib. Bunun əvəzinə "demokratiyanın yetişdirilməsi və ya dəstəklənməsi" ifadəsini işlətmək daha münasib olardı, bu isə "məxməri inqilabların gələcəkdə davam etdirilməsi mümkünlüyü deməkdir", - deyə S.Mənn qeyd edib.

"Avrasiya regionunda baş vermiş siyasi dəyişiklərin arxasında ABŞ-ın durduğunu düşünənlər Ağ Evin əsl məqsədlərini təhrif etmək istəyirlər. Əgər siz bu dəyişikliklərin baş verdiyi ölkələrin vətəndaşları arasında sorğu keçirsəniz, bütün bu hadisələrin uzunmüddətli prosesin nəticəsi olduğuna bir daha əmin olacaqsınız".

Sonda ABŞ dövlət katibinin xüsusi nümayəndəsi karbohidrogen ehtiyatları məsələsi üzrə Ağ Evin planlarına aydınlıq gətirib. "Biz bu regionlarda yerləşən dövlətlərin daha əlverişli ticarət mühiti ilə təmin olunmasını, siyasi stabilliyin davamlılığını və iqtisadi inkişafın artmasını istəyirik", - deyə o bildirib.

"ABŞ enerji daşıyıcı ehtiyatlarına malik dövlətlərin müstəqilliyini dəstəkləyir. Biz Ağ Evin mövqeyini qəbul edən ölkələrlə koalisiya yaratmağa ümid edirik", - deyə S.Mənn qeyd edib.

Xəbər lenti

Xəbər lenti