...

AZƏRBAYCAN PREZİDENTİ "DÖVLƏT QULLUĞU MƏSƏLƏLƏRİ ÜZRƏ KOMİSSİYANIN FƏALİYYƏTİNİN TƏMİNATI BARƏDƏ " FƏRMAN İMZALAYIB

Siyasət Materials 16 Sentyabr 2005 12:49 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Prezidenti yanında dövlət qulluğu məsələləri üzrə komissiyanın fəaliyyətinin təmin edilməsi barədə" fərman imzalayıb. Trend in məlumatına görə, həmin fərmanla Komissiyanın strukturu və 30 ştat vahidi təsdiq edilib.

Azərbaycanın Nazirlər Kabinetinə iki ay ərzində fərmana müvafiq olaraq normativ-hüquqi aktların keçirilməsi barədə təklifi prezidentə təqdim etmək, eləcə də ğir ay müddətinə Komissiyanın maddi-tğexniki təchizatı və müvafiq bina ilə təmin edilməsi barədə göstərişin yerinə yetirlməsi tapşırılıb.

Azərbaycan dövlətinin başçısı həmçinin, 2005-ci il 21 apreldə Kişiynovda Azərbaycanla Moldova və 2005-ci il 24 mayda Bakıda Azərbaycan və Qazaxıstan respublikaları arasında imzalanmış sənədləri təsdiq edən daha iki sərəncam imzalayıb.

Xəbər lenti

Xəbər lenti