...

Azərbaycan prezidenti "2005-2008-ci illər üçün Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramının" təsdiqlənməsi haqqında sərəncamı imzalayıb

Siyasət Materials 22 Oktyabr 2005 14:05 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev "2005-2008-ci illər üçün Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramının" (Elektron Azərbaycan) təsdiq olunması haqqında sərəncamı imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının, rabitə, informasiya sistemləri və texnologiyalarının Milli İnkişaf Strategiyasının həyata keçirilməsinin təmin olunması məqsədilə "2005-2008-ci illər üçün AR-də rabitə və informasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramının" (Elektron Azərbaycan) təsdiq olunması haqqında qərar qəbul edilib.

Dövlət proqramının əlaqələndirici orqanı Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müəyyən olunub.

Azərbaycanın Nazirlər Kabinetinə "2005-2008-ci illər üçün AR-də rabitə və informasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramının" (Elektron Azərbaycan) maliyyələşdirilməsi və bu sərəncamdan irəli gələn digər məsələlərlə bağlı tədbirlər görmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti