...

Yaponiya hökuməti Azərbaycanda sosial layihələrin gerçəkləşdirilməsini davam etdirməyi planlaşdırır

Siyasət Materials 27 Oktyabr 2005 17:57 (UTC +04:00)

Yaponiya Azərbaycanda sosial sahələrin inkişafına yönəldilmiş sosial layihələrin gerçəkləşdirilməsini davam etdirməyi planlaşdırır. Bu barədə Trend ə Yaponiyanın Azərbaycandakı səfiri Tadahiro Abe bildirib.

Səfirin sözlərinə görə, hazırda bu sahələrə yönəldilən layihələrin gerçəkləşdirilməsi davam etdirilir.Səfir qeyd edib ki, yeni qaz qurğuları, elektrik stansiyaları, süni suvarma, eləcə də hospitalların yenidən qurulması, kənd təsərrüfatının inkişafı və s. üzrə layihələr həyata keçirilir.

Gələcəkdə təhsil sahəsinin inkişafına xüsusi diqqət ayrılacaq.Səfir bildirib ki, bu məqsədlə $ 6,19 mln. ayrılması planlaşdırılır.

"Ümid edirəm ki, bütün bu layihələr əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsinə xidmət edəcək"-deyə diplomat bəyan edib.

Xəbər lenti

Xəbər lenti