...

Azərbaycanın neft bazarı: həftənin yekunları

Siyasət Materials 15 Noyabr 2005 12:04 (UTC +04:00)
Azərbaycanın neft bazarı: həftənin yekunları

Ötən həftə (7-11 noyabr) Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOIO) neftinin bir bareli $49,72 təşkil edib ki, bu da 31 oktyabr-4 noyabra olan orta qiymətdən $3,25 və ya 6,2% azdır.

Trend in xəbər verdiyi kimi, 7-11 noyabrda URAL neftinin bir bareli $51,28 (7 noyabr) təşkil edib ki, bu da neftin bu növünün noyabrın 4-də müəyyən olunan 31 oktyabr-4 noyabrdakı ən son qiymətdən $2,64 azdır. Ötən həftə (7-11 noyabr) URAL neftinin bir barelinin qiyməti $48,08 (11 noyabr) təşkil edib ki, bu da noyabrın 2-də müəyyən edilən minimal qiymətdən $4,04 azdır.

Ötən həftə (7-11 noyabr) Brent (DTD) etalon növlü neftin orta qiyməti bir barel üçün $56,22 təşkil edib ki, bu da 21 oktyabr-4 noyabrdakı orta qiymətdən $2,92 və ya 5% azdır.

Ötən həftə (7 noyabr) bir barel Brent neftinin maksimal qiyməti $57,97 təşkil edib ki, bu da noyabrın 4-də bu növ üçün müəyyən olunan son qiymətdən $2,49 azdır. Ötən həftə (7-11 noyabr) bir barel Brent neftinin minimal qiyməti $54,24 (11 noyabr) təşkil edib ki, bu da bundan əvvəlki həftədə oktyabrın 31-də müəyyən edilmiş minimal qiymətdən $4,14 azdır.

Ötən həftə Brent-ə nisbətən URAL (EX-NOIO) neftinin bir bareli $6,50 ucuz satılıb ki, bu da bundan əvvəlki həftənin (31 oktyabr-4 noyabr) orta göstəricisindən $0,33 çoxdur.

Oktyabr ayında Azərbaycan Novorossiysk limanından 419,74 min ton neft yükləyib. Bu həcmin 341,1 min tonu ABƏŞ-in, 78,64 min tonu isə AR DNŞ-in payına düşüb. Noyabrda AR DNŞ Batumidən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasil edilən 80 min ton (600 min barel) Azəri Light nefti satacaq. Bu partiyanın satışı üzrə tenderin nəticələri noyabrın 16-da məlum olacaq.

Xəbər lenti

Xəbər lenti