...

"Azadlıq" bloku Bakı Şəhər İcra Hakimiyyətindən və Mərkəzi Seçki Komissiyasından məhkəməyə şikayət verəcək

Siyasət Materials 28 Noyabr 2005 16:45 (UTC +04:00)

"Azadlıq" bloku Bakı Şəhər İcra Hakimiyyətindən məhkəməyə şikayət verəcək. Trend xəbər verir ki, bu barədə noyabrın 28-də mətbuat konfransı keçirən "Azadlıq" blokunun həmtəsisçisi Sərdar Cəlaloğlu məlumat verib. O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin noyabrın 26-da keçirdiyi aksiyanın təhlükəsizliyini sonadək təmin etməyib, buna görə də məhkəmədə bu orqana qarşı iddia qaldırılacaq.

Müxalifəti təmsil edən "Azadlıq" bloku Mərkəzi Seçki Komissiyasını da (MSK) məhkəməyə verəcək. Buna səbəb MSK-nın daxil olmuş şikayətlərə baxmaması, vətəndaşların seçki ilə bağlı narazılıqlarının öz həllini tapmamasıdır.

Xəbər lenti

Xəbər lenti