...

Mütərəqqi Azərbaycan Partiyası mitinqlərə hazırlaşan partiyaları ittihamlayıb

Siyasət Materials 9 Dekabr 2005 13:58 (UTC +04:00)

"Mütərəqqi Azərbaycan Partiyası (MAP) şəxsi mənafelərini əsas tutub mitinqlər keçirən müxalifət partiyalarının mövqeyini pisləyib". Trend xəbər verir ki, bu barədə adıçəkilən partiya Dağlıq Qarabağ probleminin həlli yolları ilə bağlı dekabrın 9-da keçirdiyi mətbuat konfransında bildirilib.

MAP-ın sədri Şahin Mahmudov qeyd edib ki, meydanlara çıxan partiya sədrlərinin fəaliyyətlərində Dağlıq Qarabağ məsələsi arxa plana keçib: "Bu yolverilməzdir. Bu problem hər bir azərbaycanlını düşündürməlidir. Təəssüflər olsun ki, özlərini müxalifət liderləri hesab edənlər bunu dərk etmək istəmir. Şəxsi mənafeləri üçün isə döyülməyə belə hazır olurlar".

Partiya sədri onu da bildirib ki, siyasi partiyalar bu problemin həlli istiqamətində ciddi fəaliyyət göstərməlidir.

Xəbər lenti

Xəbər lenti