...

Azərbaycanın xarici işlər naziri Brüsselə yola düşüb

Siyasət Materials 12 Dekabr 2005 13:29 (UTC +04:00)

Dekabrın 12-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyi -Azərbaycan əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Brüsselə yola düşüb. Bu barədə Trend ə Azərbaycan XİN-ninmətbuat və informasiya siyasətinin idarə olunması İdarəsinin rəisi Tahir Tağızadə bildirib.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Brüsseldə dekabrın 13-14-də keçiriləcək iclasda iştirak edəcək. Məsləhətləşmələrdə Avropa Birliyi ilə Tağızadənin sözlərinə görə, Azərbaycanın gələcək tərəfdaşlığı məsələləri müzakirə olunacaq, son iclasdan sonra görülmüş işlər barədə fikir mübadiləsi aparılacaq və gələcək aylar üçün layihələr nəzərdən keçiriləcək.

Xəbər lenti

Xəbər lenti