...

Əli Əhmədov: "MSK-nın formatı ədalətli və səmərəlidir"

Siyasət Materials 12 Dekabr 2005 16:38 (UTC +04:00)

"Mərkəzi Seçki Komissiyasının (MSK) formatı, seçki administrasiyasının konfiqurasiyasının indiki şəkildə tərtib olunması ədalətli və səmərəlidir". Trend xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov MSK-nın yeni tərkibdə formalaşdırılması ilə bağlı müxalifətin gəldiyi qənaətə münasibətini bildirərəkən qeyd edib.

Qeyd edək ki, müxalifət beynəlxalq təşkilatların bu məsələdə fərqli təkliflərini nəzərə alaraq MSK-nın yeni tərkibdə formalaşdırılması istəyi ilə çıxış edib.

YAP səlahiyyətlisi bildirib ki, MSK-nın formalaşdırılması Seçki Məcəlləsində xüsusi müddəalarına əsasən üç bərabər hissədən ibarətdir: "18 nəfərdən 6-sı parlamentdə çoxluq təşkil edən partiya tərəfindən, 6-sı azlıq təşkil edən partiyalar, 6-sı isə bitərəf deputatlar tərəfindən irəli sürülən namizədlərdən ibarət olacaq. Bu format 2003-cü ildə qəbul edilən Seçki Məcəlləsində öz əksini tapıb".

Ə.Əhmədov onu da bildirib ki, bu bölgü ədalətli və səmərəli olduğundan qəbul edilib və bundan sonra da yeni tərkib bu prinsip üzərində formalaşacaq.

Xəbər lenti

Xəbər lenti