...

Kəmaləddin Heydərov Horadiz şəhərində vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 28 Yanvar 2015 10:17 (UTC +04:00)
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 30 yanvar 2015-ci il tarixində Horadiz şəhərində, Muğam Mərkəzinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir.
Kəmaləddin Heydərov Horadiz şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 30 yanvar 2015-ci il tarixində Horadiz şəhərində, Muğam Mərkəzinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qəbulda Füzuli, Ağcabədi, Beyləqan və Xocavənd rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Muğam Mərkəzinin inzibati binasında (ünvan: Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospekti) 29 yanvar 2015-ci il tarixində saat 09.00-da başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti