...

SOCAR məhkəməyə üz tutdu

Cəmiyyət Materials 25 May 2015 16:58 (UTC +04:00)
SOCAR-ın Nəqliyyat İdarəsi hüquq müdafiəçisi Bəxtiyar Məmmədovu məhkəməyə verəcək.
SOCAR məhkəməyə üz tutdu

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir Elçin Mehdiyev/

SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarov hüquq müdafiəçisi Bəxtiyar Məmmədovu məhkəməyə verəcək. Bu barədə Trend-ə İdarənin hüquq şöbəsinin rəsi Emin Hüseynov deyib.

E.Hüseynov qeyd edib ki, buna səbəb B.Məmmədovun mətbuatda SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovla bağlı əsassız məlumat yaymasıdır. Onun sözlərinə görə, hazırda sənədlər hazırlanır və ən yaxın vaxtda iddia ərizəsi məhkəməyə təqdim olunacaq.

E.Hüseynov bildirib ki, E.Zülfüqarovla bağlı yayılan məlumatların heç bir əsası yoxdur. Onun sözlərinə görə, bu, sadəcə olaraq E.Zülfüqarova qarşı aparılan qarayaxma kampaniyasıdır. E.Hüseynov qarayaxma kampaniyasının kimlər və hansı məqsədlə aparılmasından xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, ötən gün hüquq müdafiəçisi B.Məmmədov E.Zülfüqarovun 120 nəfərdən artıq işçisinin vəhhabi cərəyanına qoşulmasını, İdarədə dövlət əmlakını mənimsəməsini iddia edən məlumat yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti