...

Azərbaycana turist axınının azalma səbəbi məlum oldu

Cəmiyyət Materials 9 Sentyabr 2015 16:19 (UTC +04:00)
Bu ilin ilk 9 ayı ərzində Azərbaycana 1 milyona yaxın turist gəlib.
Azərbaycana turist axınının azalma səbəbi məlum oldu

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Qonşu ölkələrdə baş verən böhranla əlaqədar bu ilin ilk 9 ayı ərzində Azərbaycana gələn turistlərin sayı azalıb. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov jurnalistlərə deyib.

N.Səmədov bildirib ki, bu ilin ilk 9 ayı ərzində Azərbaycana 1 milyona yaxın turist gəlib: "Bu da ötən illə müqayisədə 10 faizə yaxın azalma deməkdir".

Onun sözlərinə görə, azalma daha çox iki ölkə - Rusiya və Gürcüstandan gələn turistlərin sayının azalması ilə bağlıdır: "Digər istiqamətlər, yəni Fars körfəzi ölkələri, Avropa ölkələri, hətta Afrika, Avstraliya istiqamətlərindən artım var".

N.Səmədov qeyd edib ki, bu il 4 ölkə Azərbaycana daha çox turist göndərib: "Bunlar Rusiya, Türkiyə, Gürcüstan və İrandır. Azərbaycana gələn turistlərin sayı daha çox bu ölkələrdən asılıdır. Bu ölkələrdən gələnlər Azərbaycana gələn turistlərin sayının 95 faizini təşkil edir. Təbii ki, bu ölkələrdə olan proseslər Azərbaycana turist axınına təsir edir. Rusiyada hazırda iqtisadı böhrandır ki, bu da alıcılıq qabiliyyətinə və turist axınına böyük təsir edir. Buna görə də biz bu azalmaya hazır idik".

Nazir müavini deyib ki, bu böhranın nəticəsi olaraq, bu il Azərbaycana Rusiyadan təxminən 87 min turist az gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti